Bakıda "həyatdan bezmişəm” deyən kişi dənizə tullandı

28 İyun 2014 13:00 (UTC+04:00)
Bu gün səhər saatlarında Bakının Səbail rayonu ərazisində sakinlər dəhşətli anlar yaşayıb. Movqe.az xəbər verir ki , Rayon Polis İdarəsindən  verilən məlumata görə, Bakı Bulvarında 43 yaşlı Bəxtiyar Qədim oğlu Musayev özünü dənizə atıb.

Bəxtiyar Musayev bərkdən "həyatdan bezmişəm" deyəndən sonra suya atılıb. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Onun meyidi sudan çıxarılıb.

Araşdırmalar zamanı onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Hazırda baş verən intiharın səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başalnıb.