Bakı parkında dəhşətli qətl

28 İyun 2014 16:00 (UTC+04:00)
Ötən gecə Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən cinayət baş verib.Movqe.az xəbər verir ki , Rayon Polis İdarəsindən verilən məlumata görə, istirahət parkında 1967-ci il təvəllüdlü Şəhriyar Qiyas oğlu Əhədov aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Namiq Ağa oğlu Ağayevi bıçaqlayıb.

Hadisə nəticəsində N.Ağayev ölüb. Qətli törədən Şəhriyar Əhədov hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.