Şadlıq evində kütləvi zəhərlənmə
28 İyun 2014 16:15 (UTC+04:00)
Sumqayıt şadlıq sarayında kütləvi zəhərlənmə baş verib. Movqe.az-ın
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi
məlumata görə, hadisə "Simurq" şadlıq evində qeydə alınıb.
Şəhər sakinləri Elburus Nuruyev, həyat yoldaşı Yeganə, oğlu Amil,
qızı Rəfiqə, qardaşı Rəşad və onun arvadı Samirə qidadan
zəhərləninlər.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.