Növbəti qalmaqal: Müğənni Ayan və Elza Seyidcahan

5 İyul 2012 12:18 (UTC+04:00)
Movqe.Az xəbər  verir ki, Azərbaycanın tanınmış müğənnisi Ayan əməkdar artist Elza Seyidcahanın ittihamlarına nəhayət ki, cavab verib. 

Bəzi Kütləvi İnformasiya Vasitələrində qeyd olunur ki, gənc müğənni Ayan Elza Seyidcahana sərt cavab verib. Xatırladaq ki, Elza Seyidcahan Ayanı "Yeddi gözəl" layihəsini oğurlamaqda günahlandırmışdı.

Müğənni Ayan isə cavab olaraq bu cür dedi: "Elza xanımın elə coşğun fantaziyası var ki, o artıq nə etdiyini xatırlamır. Mən bu layihə haqqında heç nə eşitməmişəm. Belə çıxır ki, mən indi hansısa bir mahnı oxusam, o deyəcək ki, mən bu mahnını ondan oğurlamışam?", - müğənni Ayan deyib.

Ayan həmçinin, onun müğənni Elza Seyidcahanın fanatı olması barədə dediyi sözlərə də münasibət bildirib: "Mən həmişə demişəm ki, Aygün Kazımovanın fanatıyam. Elza xanımın yaradıcılığı məni maraqlandırmır. Qoy sakitləşsin".

Türkan Nadirqızı

Movqe.Az