Rusiyanın reytinqi düşdü
28 İyun 2014 17:06 (UTC+04:00)
Beynəlxalq reytinq agentliyi "Moody's" Rusiyanın suveren kredit
reytinqi üzrə proqnozunu "sabit"dən "mənfi"yə endirib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə agentliyin
rəsmi saytında bildirilib. Reytinqin özü isə Baa1 səviyyəsində
qalıb.
"Moody's" Rusiyanın suveren reytinqi üzrə proqnozunun azaldılmasını
geosiyasi risklərlə və orta müddətli iqtisadi artım proqnozunun
pisləşməsi ilə izah edib.
Agentliyin proqnozuna görə, 2014-2018-ci illər üzrə Rusiya ümumi
daxili məhsulunun orta illik artımı 1,7%- ə qədər enəcək.