Saakaşvili: Azərbaycan AB-yə qoşulacaq

28 İyun 2014 18:00 (UTC+04:00)
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əmindir ki, Belarus, Ermənistan və Azərbaycan müəyyən müddətdən sonra Avropa Birliyinə (AB) qoşulacaq.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Saakaşavili bu barədə fransız nəşri "Le Temps"ə müsahibəsində bildirib.

"Gürcüstanda hakimiyyətə gəlmiş müxalifət mənim Avropa yönümlü kursuma qoşulub. Ukraynada bu ideya hətta rusdilli şərqdə də populyarlaşır. Paradiqma tam dəyişib", - deyə Mixail Saakaşvili vurğulayır.

Amma Gürcüstanın eks-prezidentinin fikrincə, Avropa Birliyinə yol uzun və mürəkkəb olacaq:
"AB yeni üzvlər qəbul etmək üçün islahatlar keçirməlidir. Təəssüf ki, Joze Manuel Barrozunun mümkün varisi Jan-Klod Yunkerin Şərqi Avropa ölkələrinə maraq göstərməsinin şahidi olmamışıq. Mən ehtiyat edirəm ki, Jan-Klod Yunker işi ləngidəcək".