Xəbərdarlıq edildi

28 İyun 2014 19:07 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə yarımadanın bəzi ərazilərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun gecə 20-23, gündüz 30 dərəcəyədək isti olacağı gözlənilir.

Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında

İyunun 29-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

İyunun 29-da Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, iyunun 30-da daha da şiddətlənəcək.