Prezident ATƏT-in toplantısında
28 İyun 2014 19:32 (UTC+04:00)
Azərbayacan prezidenti İlham Əliyev Bakıda keçirilən ATƏT Parlament
Assambleyasının (PA) 23-cü illik sessiyasında iştirak edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, prezident
bildirib ki, islahatların həyata keçirilməsi ölkəmizdə sabitlik
yaradıb.
"Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub,
İnternet azaddır, ölkə əhalisinin yarıdan çoxu internet
istifadəçisidir. Biz qısa müddətdə müasir, özünə arxalanan dövlət
yarada bildik".
O, qeyd edib ki, ATƏT və digər strukturlara qurulan əlaqələr
gələcəkdə daha çox işlər görməyə kömək edəcək.
Qeyd edək ki, bu gün Bakıda ATƏT Parlament Assambleyası (PA) Daimi
Komitəsinin iclası başlayıb və ATƏT PA-nın 23-cü illik sessiyası
keçirilir. ATƏT PA-nın ən böyük tədbiri hesab edilən illik
sessiyaya Azərbaycan ilk dəfə olaraq ev sahibliyi edəcək.