Abdullah Gül vidalaşdı
28 İyun 2014 20:00 (UTC+04:00)
Türkiyənin 10-cu prezidenti Abdullah Gül ötən gün "Çankaya"
igamətgahında rəsmi tədbir zamanı "vida" ismarışı verib.
Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, Abdullah Gül ötən
gün Mali səfirinin etimad məktubunu qəbul edib. Məlumata görə, ölkə
prezidenti Mali səfirini gözləyərkən kameralar tərəfə dönüb və, "Bu
bizim son qəbullarımızdır, bilirsiniz" – deyib. Tədbirdən sonra
jurnalistlərin suallarına cavab verməyən Gül prezident
administrasiyasının baş müşaviri Əhməd Sevər tərəfə dönərək,
"Bunlar bizim son qəbullarımız, deyilmi?" – deyib.
Abdullah Gülün iki dəfə eyni sözü deməsi maraqla qarşılanıb və vida
ismarışı kimi qəbul olunub.
Abdullah Gülün prezidentlik müddəti bu il avqustun 28-də başa
çatır.