Sosial şəbəkəyə görə məktəblini döydülər
28 İyun 2014 21:23 (UTC+04:00)
Rusiyada yeniyetmə oğlanın sosial şəbəkələrdən birində qızla
şəklini dərc etməsi ona problem yaradıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, şəkildə olan qızın
tanışı məktəblini qısqandığından öz dostlarına ondan qisas almağı
xahiş edib.
Sinif yoldaşı olan qızla çəkil çəkdirib onu sosial şəbəkədə yayması
qızın yaxın dostunun xoşuna gəlməyib.
İlkin informasiyaya görə, iki 16 yaşlı gənc Rostovun Oktyabr
rayonunda 14 yaşlı yeniyetməni pusub və onu ölümcül döyüb. Nəticədə
məktəbli ciddi travmalarla reanimasiyaya düşüb.
Hər iki 16 yaşlı Rostov şəhər sakini barəsində Rusiya
Federasiyasının İstintaq komitəsinin istintaq bölməsi tərəfindən
"sağlamlığa qəsdən ağır ziyan vurma" ittihamı ilə cinayət işi
açılıb.