ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planlarını
açıqlayıb.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, ATƏT sədri Didye
Burkhalter çıxışında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
dair təşkilatın planlarını açıqladı və ilk növbədə prezidentlər
arasında yeni görüş keçirilməli olduğunu bildirdi: "ATƏT
vasitəçilik tədbirlərini intensiv şəkildə davam etdirmək
niyyətindədir".
Didye Burkhalter hazırkı dövrün ATƏT üçün çox həssas olduğunu və
Ukraynada gərginliyin azaldılmasında ATƏT-in rolunun artacağını
bildirdi.
Bundan başqa o, ATƏT-in münaqişələrin həllində rolunun
artırılmasını və ATƏT-i gücləndirmək üçün Helsinki Yekun Aktının
prinsiplərinə əməl etməyin zəruri olduğunu qeyd edib.