7 ölkənin xilasediciləri Azərbaycana gəlib

28 İyun 2014 23:16 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Qəbələdə təlim keçib.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, xilasedicilər zəlzələ nətizəsində yaranan uçqunda qalan 2 nəfərin xilasetmə işlərinə başladı və zərərçəkənlər uğurlu əməliyyat nəticəsində xilas edildi. Qəzada deformasiyaya uğrayan avtomobillərdən yaralı və meyidlər xüsusi alətlərin köməyi ilə çıxarıldılar. Həmçinin qəzalı vəziyyətə düşən evlərdən birində dağıntılar altında qalan iki azyaşlının xilas edilməsi əməliyyatı başlandı. İlk əraziyə xüsusi təlim görmüş və üzərinə kamera, həmçinin zəruri tibbi avadanlıqlar yerləşdirilən itlər dağıntıların içərisinə buraxıldı. Azyaşlıların köməyinə yetişən xilasedicilər onları dağıntılar altından çıxara bilsə də az keçməmiş həmin ərazidə güclü yanğın başladı. Yanğının qarşısı hadisə yerinə gələn iki yanğınsöndürən maşın və canlı qüvvənin köməyi ilə lokallaşdırılaraq alındı.

Tədbirə 7 ölkə - Azərbaycanla yanaşı Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Belarusdan gələn nümayəndə heyətləri qatılmışdı.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov xilasedici və yanğından mühafizə komandalarının üzvlərinin fövqəladə hallara hazırlıq vəziyyəti ilə tanış oldular.

Beynəlxalq yarışda Rusiya komandası birinci, Azərbaycan komandası ikinci, Qazaxıstan xilasediciləri üçüncü yeri tutdu.