Yeni evlənən cütlüyün boğazını kəsdilər

29 İyun 2014 10:12 (UTC+04:00)
Valideynlərinin razılığı olmadan ailə quran cütlüyü vəhşicəsinə öldürüblər.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Pakistanda baş verib.

Belə ki, gəlinin ailəsi yeni ailə quran 17 yaşlı qızla 31 yaşlı oğlanı iyunun 26-da evlərinə qonaq çağırıblar. Valideynlərinin razılığı olmadan nikaha girdiklərinə görə, qız və oğlanın boğazını kəsərək öldürüblər.

Pakistan polisi cinayətin törədilməsindən bir gün sonra gəlinin valideynlərini, babasını və bəyin iki qohumunu həbs edib. Onları ağır cəza gözləyir.