Aparıcı canlı yayımda özünü biabır etdi (VİDEO)

29 İyun 2014 11:48 (UTC+04:00)
Türkiyənin "Ntv Spor" kanalının aparıcısı Tuğba Dural canlı yayımda xoşagəlməz halla qarşılaşıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qarşılaşan Əlcəzair - Rusiya oyunu efirdə yayımlanan zaman aparıcı mikrofonun açıq olduğunu unudub və canlı yayımda "Tez başa çatsaydı, gedərdik. Filiz xanım, iş vaxtının bitməsinə nə qədər qalıb", deyib.

Bununla da Tuğba Dural işin tez bitməsini və evə getmək istədiyini bildirib.

Həmin videonu sizə təqdim edirik: