İngiltərə Aİ-ni tərk edir

29 İyun 2014 14:00 (UTC+04:00)
28 Aİ üzvü ölkələri liderlərinin Avropa Komissiyasının yeni başçısı olaraq Jan-Klod Junkeri namizəd göstərməsinin əks-sədaları çıxmağa başlayıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, keçmiş Lüksemburq baş naziri Junkerin namizədliyinə sərt şəkildə qarşı olan İngiltərə baş naziri Kameron, ölkəsini Aİ üzvlüyündən çıxaracağı təhdidindən də çəkinməyib. Kameron gələn il seçkilərdə qalib gələcəyi təqdirdə, Aİ üzvlük qərarını referenduma aparacağını bildirib. Baş nazir Kameronun fikrincə, Junkerin başçılığı altında Aİ reformlardan uzaqlaşaraq, daha da siyasiləşmiş bir təşkilata çevriləcək.

İngiltərə mətbuatı isə belə gedərsə, ölkənin Aİ-dən çıxmağını çox yaxın görür. "Times" dərc etdiyi yazıda "İngiltərə Aİ-dən çıxmaq üzrədir", "Telegraph" qəzeti isə "Avropadan çıxmağa bir addım daha yaxınlaşdıq" başlığı ilə xəbəri yayımlayıblar.