Bina çökdü: ölümdən qaça bilmədilər

29 İyun 2014 14:12 (UTC+04:00)
Hindistanın cənubunda yerləşən Tamiland ştatının Çennai şəhərində tikilməkdə olan 12 mərtəbəli binanın çökməsi nəticəsində 6 nəfər həyatını itirib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, yerli mətbuat dağıntılar altında 50-dən çox adamın olduğunu bildirir.

Hadisə yerində hazırda xilasedicilər işləyir. Yerli polisin məlumatına görə, dağıntılar altında qalanların çoxu fəhlələrdir.

Şənbə günü daha bir bina şimal şəhəri olan Nyu-Delhidə çöküb. Bu hadisə nəticəsində isə 5-i uşaq olmaqla, 10 nəfər həyatını itirib. Dağıntılar altında qalan altı nəfəri xilas emək mümkün olub.

Fövqaladə hadisənin baş vermə səbəbi kimi, qonşu sahədə qanunsuz tikinti işlərinin aparılması göstərilir.