Tikrit “İŞİD”dən geri alındı
29 İyun 2014 15:06 (UTC+04:00)
İraq ordusu Tikrit şəhərini İŞİD-dən geri alıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İraqın şimalındakı
Salahaddin vilayətinin valisi Əhməd Abdullah əl-Cuburi Tikrit
şəhərinin İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplardan geri
alındığını bildirib.
"Havadan edilən dörd tərəfli hücum nəticəsində İraq ordusu Tikriti
"İŞİD" silahlı qruplarından geri alıblar." - deyə vali əl-Cubiri
qeyd edib.
İraqın "Əl-İraqiyyə" televiziyası isə İraq ordusu hərbçiləri ilə
İŞİD silahlıları arasında yaşanan qarşıdurmalarda 60 İŞİD üzvünün
öldüyünü xəbər verib.
Qeyd edək ki, İraqda son zamanlar baş verən qarşıdurmalar
nəticəsində İraq Şam İslam Dövləti təşkilatı (İŞİD) və bəzi
qəbilələr Mosul, Tikrit, Baxibə, Telafer kimi şəhərləri öz idarəsi
altına almışdı.