Kral terrorçuları əzəcəyinə and içdi

29 İyun 2014 15:18 (UTC+04:00)
Səudiyyə Ərəbistanı kralı Abdullah, şənbə günü Ramazan çıxışında səltənətini təhdid edən terrorçuları məhv edəcəyini söz verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, xəbəri Səudiyyənin rəsmi dövlət agentliyi yayıb. Özü də o, bu sözləri İraqda baş qaldıran terroristlərdən ölkəni qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi tapşırığından düz iki gün sonra deyib.

"Biz ölkəmizin, oğullarımızın və ya qorunan vətəndaşlarımızın bir qrup terrorçunun qurbanı olmasına imkan verməyəcəyik" - deyə Abdullah Ramazan çıxışında bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İraqla 800 km (500 mil) həmsərhəddir.