Rusiya vertolyotu atəşə tutuldu
29 İyun 2014 18:00 (UTC+04:00)
Somalidə Rusiyaya məxsus vertolyot atəşə tutulub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər
Təşkilatı ilə müqavilə əsasında əraziyə göndərilən Mi -8 vertolyotu
naməlum silahlılar tərəfindən atəşə tutulub.
Hadisə nəticəsində vertolyotun içərisində olanlardan heç kim
xəsarət almayıb.
Qeyd edək ki, Rusiyaya aid Mi-8 vertolyotu BMT ilə müqavilə
əsasında bir sıra Afrika ölkələrinə getməli idi.