Çin yenə birinci oldu
29 İyun 2014 18:22 (UTC+04:00)
2014-cü ilin sonunadək dünya əhalisinin 25 faizi smartfondan
istifadə edəcək.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "eMarketer" analitik
şirkətinin araşdırmalarına görə, 2014-cü ilin sonunadək smartfon
istifadəçilərinin sayı ötən illə müqayisədə 25 faiz artaraq
təxminən 1,76 milyarda çatacaq.
Analitiklərin proqnozuna görə, 2017-ci ilədək artıq dünyada yaşayan
insanların 33 faizi smartfonlardan istifadə edəcək.
Tədqiqata əsasən, smartfon istifadəçilərinin 951 milyonu
Asiya-Sakit okean regionunun payına düşür. Avstraliyada ölkə
əhalisinin 50 faizi 2013-cü ildə smartfondan istifadəyə başlayıb.
Koreya Respublikasında yaşayanların 50 faizi hələ 2012-ci ildən bu
qurğulardan istifadə edir.
Hazırda smartfon istifadəçilərinin sayına görə Çin dünyada birinci
yerdədir. 2014-cü ildə onların sayı 521,7 milyon nəfər olacaq.
2018-ci ilədək Çin əhalisinin 50 faizi smartfonlardan istifadə
edəcək.