29 İyun 2014 19:14 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putinin ölkəsində nüfuzu getdikcə
artır.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiyanın Voronej
şəhərinin sakini Svetlana Mişurova oğluna Putinin şərəfinə Torput
(Торжество Путина - Putinin zəfəri) adını qoyub.
Qadın övladının adını dəyişərək Torput qoymaq üçün şəxsiyyət
vəsiqələrinin verilməsi ilə bağlı idarəyə müraciət edib.
"Oğlum anadan olanda ona Torput adını qoymaq istəmişdim. Lakin anam
buna imkan verməmişdi. O, həmişə deyirdi ki, Putin "cəhənnəmin
bədheybəti"dir. Amma indi onun fikri dəyişib. O da Putini
dəstəkləyir", - deyə Svetlana Mişurova bildirib.