Orucluğun ikinci günü üçün hava proqnozu
29 İyun 2014 20:37 (UTC+04:00)
Həftənin ilk iş günü Azərbaycanda havanın dəyişkən buludlu olacağı,
arabir tutulacağı gözlənilir.
Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji
Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 30-da Bakıda və
Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir
tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti, Bakıda gecə
20-23 dərəcə, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə isti, Zuğulba,
Mərdəkan, Şüvəlan, Buzovnada 22-24 dərəcə isti, Türkan, Hövsan, Şıx
və Sahildə 23-25 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında iyunun 30-da əsasən gecə və axşam bəzi
yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 27-32 dərəcə isti
olacağı gözlənilir.
Aran rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti
olacağı gözlənilir.