FİFA-dan Suareslə bağlı açıqlama
29 İyun 2014 20:42 (UTC+04:00)
FİFA futbol üzrə İtaliya millisinin oyunçusu Corc Kellinini
dişləyən Uruqvay yığmasının futbolçusu Luis Suaresi
diskvalifikasiya etməsinin səbəblərini açıqlayıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Suaresin oyunlardan
kənarlaşdırılmasının səbəblərindən biri onun etdiyi səhvi boynuna
almamasıdır. Bundan başqa Suares Kellinini dişləyərkən hər iki
futbolçu topdan uzaqda olub. Bu isə o deməkdir ki, Suares oyun
zamanı deyil, oyundan kənarda qəsdən Kellinini dişləyib.
Qeyd edək ki, Braziliyada keçirilən futbol üzrə dünya çümpionatının
qrup mərhələsində Uruqvay-İtaliya matçında uruqvaylı Luis Suares
rəqib komandanın oyunçusu Kellinini dişləmişdi.
Nəticədə FİFA ulduz futbolçunu milli komandanın 9 matçından
kənarlaşdırmaqla yanaşı, 4 ay futbol oynamasına da yasaq qoymuşdu.
Cəza bitənədək uruqvaylı oyunçu stadionlara belə daxil ola
bilməyəcək. Bundan başqa Suares 82 min avro cərimə ödəyəcək.