Öcalan PKK-ya göstəriş verdi
30 İyun 2014 00:05 (UTC+04:00)
PKK lideri Abdulla Öcalan PKK tərəfindən qaçırılan 134 uşağın geri
qaytarılması barədə göstəriş verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Öcalan bu göstərişi
İmralıya onun ziyarətinə gələn Xalqların Demokratik Partiyasının
(HDP) nümayəndə heyəti vasitəsilə PKK-çılara çatdırıb.
PKK-çıların qaçırdığı 134 uşağın bu həftə valideynlərinə təhvil
veriləcəyi gözlənilir.
Abdulla Öcalanın bu addımı Türkiyə hökumətinin "çözüm sürəci"nə
(Kürd probleminin həlli prosesi) dəstək olaraq atdığı bildirilir.