Binəqədidə sərnişin avtobusları toqquşdu-yaralılar var

30 İyun 2014 10:59 (UTC+04:00)

Bu gün səhər saat 08:30-da Bakının Binəqədi rayonu ərazisində iki sərnişin avtobusu tuqquşub. ANS PRESS-in məlumatına görə, yol qəzası Bakı Beynəlxalq Avtovağzalının ərazisində baş verib.


Avtovağzal ərazisində 96 və 82 saylı sərnişin avtobusları toqquşub. Qəza nəticəsində bir neçə sərnişin yüngülcə xəsarət alıb.


Qəzanın baş verməsində 82 saylı sərnişin avtobusunun sürücüsü günahkar olub. Bu barədə "Transqeyt" MMC-nin direktoru Nurəddin İsmayılov Anspress-ə məlumat verib. Onun sözlərinə görə, 82 saylı avtobusun sürücüsü avtovağzal ərazisindən çıxarkən ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə arxadan 96 saylı avtobusa çırpılıb. Nəticədə avtobusların şüşələri qırılıb. Hər iki avtobusdakı sərnişinlər aşağı düşürülüb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları çağırılıb.


Faktla bağlı araşdırma aparılır.