İraqda xilafət dövləti quruldu!

30 İyun 2014 12:07 (UTC+04:00)

Terror təşkilatı İraq Şam İslam Dövləti (IŞİD), İraqda xilafət dövləti qurduğunu və təşkilatın lideri Əbubəkr əl-Bağdadini də xəlifə elan etdiyini elan edib.


Movqe.Az xəbər verir ki, İŞİD-in spikeri Əbu Məhəmməd əl-Adnani, sosial paylaşma saytı Tvitterdəki səhifəsində yayımladığı video qeydində, xilafət dövlətinin qurulduğunu açıqlayıb. 


Adnani, yalnız Suriya və İraqdakı deyil, bütün dünyadakı cihad qruplarını İŞİD-ə bağlılıqlarını elan etməyə çağırıb. 


Adnani, video qeydində bu ifadələrə yer verib: 


"Bu bir dövlətdir, bu bir xilafətdir və artıq parçalanma və çirkin partizanlıqları bir kənara qoymağın vaxtıdır. Çünki Allahın dinində əsla belə bir şey yoxdur. Əgər dövlətə arxa çevirər, ya da ona qarşı mübarizə aparsanız, ona deyil yalnız özünüzə zərər vermiş olarsınız."


İraq ordusu 2014-ci ilin əvvəlindən bu yana İŞİD liderliyindəki silahlı qruplara qarşı xüsusilə Əl-Enbar, Felluce və Er-Ramadi kimi bölgələrdə döyüşür.