ƏƏSMN-i jurnalistləri mükafatlandırıb

30 İyun 2014 12:40 (UTC+04:00)

Iyunun 30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi  (ƏƏSMN) və AzərbaycanRespublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə " Mərkəzi İcra Hakimiyyəti Orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçrilib. Konfrans işə başlamazdan öncə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi və KİVDF-nin birgə təşkilatçılığı ilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıb. Konfransı giriş sözü ilə açan  Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, müsabiqəyə 5 istiqamət üzrə 62 yazi təqdim edilib: "Müsabiqədə əsas məqsəd vətəndaşların əmək və sosial müdafiə hüquqları, bu hüquqların təminatı sahəsində müasir iş üsullarının tətbiqi ilə bağlı aparılan islahatlar barədə KİV vasitəsilə cəmiyyətin daha geniş məlumatlandırılmasıdır. Eyni zamanda, bu müsabiqədə nazirliyin fəaliyyət sahələri üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına,digər tərəfdənKİV nümayəndələrinin həmin mövzularda biliklərinin səriştələrininn artırılmasına xidmıət edir".

Nazir müsabiqədə uğur qazanmış jurnalistləri bu münasibətlə təbrik edib, onlara, eləcə də müsabiqəyə qatılmış bütün jurnalistlərə yaradıcılıq uğurları arzulayıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ƏƏSMN-nin və KİVDF-nin birgə fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib. V. Səfərli bildirib ki, müsabiqədə hər istiqamət üzrə 3 mövzu olmaqla, 5 istiqamət üzrə ümumilikdə 15 mvzu təqdim olunub. Müsabiqəyıə təqdim edilən 62 yazı ƏƏSM-nin aidiyyatı mütəxəssisləri tərəfindən obyektiv qiymətləndirilib. Beləliklə,müsabiqənin nəticələrinə uyğun olaraq, 5 istiqamətin hər biri üzrə 1,2,3 yerləri tutmuş ümumilikdə 15 nəfər qalibə pul mükafatları və xüsusi diplomlar,habelə 10 nəfərə həvəsləndirici mükafatlar təqdim olunub.Konfrans ƏƏSMN və KİV arasında qarşılıqlı əməkdaşlığa dair fikir mübadilələri aparılıb.