Qoluna atasının şəklini döydürdü
5 İyul 2012 12:58 (UTC+04:00)
Movqe.Az türk mediasına istinadən bildirir
ki, Konservatoriya təhsili üçün getdiyi Amerikadan
dönər-dönməz Boduma gələn Ido Tatlıses dünən tətilinə başlayıb.
Dostları ilə birlikdə gəldiyi Bodrumda ilk olaraq "Bodrum Mantı"da
yemək yeyən Ido, sonra "Local Beach"də dənizə girib. Mantı
keyfindən sonra Jet Skiyə minərək bacarığını göstərən kiçik
Tatlısesin qoluna atasının şəkilinin döydürülməsi də diqqətlərdən
qaçmayıb. Bir başqa qolunda isə ürək, onun üzərində də anasının adı
"Derya" yazısı olan İdo bunu görənləri xeyli çaşdırıb. Ebru Şancı
ilə əlaqələri haqqında suallara isə İdo, "Həyatımda 2 gərçək var
biri atam biri də anam. Mən onları sevirəm" deyib.