Bakıda yenə də avtobus qəzası..

30 İyun 2014 16:10 (UTC+04:00)

Bakıda iki sərnişin avtobusu toqquşub. 

 "Xəzərxəbər"in  verdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.


Belə ki, 170 və 202 nömrəli marşrut üzrə hərəkət edən avtobusların toqquşması ərazidə tıxaca səbəb olub.

Qəza nəticəsində xəsarət alan olmayıb.