Namiq: "Oksana toyuna çağırsa gedəcəm"

30 İyun 2014 16:22 (UTC+04:00)
Meyxanaçı Namiq Qaraçuxurlu rəqqasə Oksana Rəsulova ilə aralarında sevgi olduğu barədə yayılan xəbərə münasibət bildirib. Mövqe.az xəbər verir ki, meyxanaçı açıqlamasında belə bildirib: "Oksana xanıma böyük hörmətim var. O qədər belə şeylər danışdılar ki, dostluğumuz pozuldu. Oksana ilə biz yol yoldaşı olmuşuq. Sonra da təqdimat mərasimi keçirtdi mən də getdim. Öz günahlarını gizlətmək üçün elə şayələr yaydılar. Oksana toyuna çağırsa gedəcəm".