Dövlət Baytarlıq Xidmətinə yeni rəis müavini təyin edilib

30 İyun 2014 18:04 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə yeni rəis müavini təyin edilib.  Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin "APA-Economics"ə verdiyi məlumata görə, bu vəzifəyə Azər Süleymanov təyin olunub.  Qeyd edək ki, bundan əvvəl A. Süleymanov uzun müddət Göygöl Baytarlıq İdarəsində rəis vəzifəsində çalışıb.