Kimsəsizlər üçün yeni sığınacaqlar tikiləcək

30 İyun 2014 19:00 (UTC+04:00)
Səlim Müslümov kimsəsizlər üçün daimi sığınacaqların tikilməsi ilə bağlı növbəti ilin büdcəsində yer ayrılmasını təklif edib. Movqe.az xəbər verir ki, nazir bildirib ki, hər il nazirlik soyuq aylarda kimsəsizlər üçün müvəqqəti sığınacaqlar təşkil edir. "Bu sığınacaqlarım daimi olması üçün növbəti ilin büdcəsində yer ayrılmasını təklif edəcəyik".

Bundan başqa S. Müslümov məhbus həyatı yaşayanların həbsxanadan çıxdıqdan sonra cəmiyyətə adaptasiya olunması üçün mərkəzlərin tikildiyini bildirib. Onun sözlərinə görə, artıq Qobustanda belə bir mərkəz tikilib. Bu il istifadəyə verilməsi nəzərdə tutulur.