Xalq artistinin boşanmış qızı: "Açaram sandığı..."

1 İyul 2014 10:55 (UTC+04:00)

Xalq artisti Rəfael Dadaşovun müğənni qızı Səidə Dadaşova "Xəzər" telekanalında yayımlanan "5/5" verilişinin qonağı olub. 


Axşam.az-ın məlumatına görə, ifaçı aparıcının "Sizə lağ edirdilər ki, ərə gedəcək qayıdacaq" sualına belə cavab verib:


"Həmişə öndə olan insanlar haqqında danışıblar. Mənə həmişə lağ edirlər. Gözəgəlimliyəm, tanınıram, öndə olan biriyəm. Buna görə də paxıllığımı çəkirlər. Açaram sandığı, tökərəm pambığı. Amma mənə yaraşmaz. Cılız, arada söz gəzdirənləri yaxşılar qıcıqlandırır. Ailə həyatı elə bir şeydir ki, ona kiminsə qarışması düzgün deyil. Heç kim başqasının şəxsi həyatına qarışmamalıdır. İnsan sabah başına nə gələcəyini bilə bilməz".