Hörümçək toru poladdan da möhkəmdir

1 İyul 2014 11:12 (UTC+04:00)
ABŞ-da Miçiqan mərkəzli Kraig Biocraft Laboratoriyası, genetik tədqiqatlar edərək hörümçək toru hazırlamaq üçün ipək böcəkləri üzərində işlər icra edir. Movqe.Az xəbər verir ki, hərbi zireh olaraq istifadə edilməsi düşünülən hörümçək torunun ağırlığına görə yüksək keyfiyyətli poladdan daha möhkəm olduğu deyilir. Çox möhkəm quruluşa və möhkəm təbii liflərə sahib olan hörümçək torunun, əsgərləri döyüş mühitindəki təhlükələrə qarşı qoruya biləcəyi düşünülür. Cərrahi sütur (toxumaların bütövlüyünün təmin edilməsi və yaxşılaşmanın sürətlənməsi üçün istifadə edilən maddə) olaraq qiymətləndirilən hörümçək torunun sənayedə istifadə edilməsi planlanlaşdırılır.