AzNews.az çökdürülür! – Haker hücumu

1 İyul 2014 13:38 (UTC+04:00)

Ötən ayın əvvəllərindən etibarən AzNews.az xəbər saytına qarşı haker hücumları başlayıb. Son iki gündə isə bu hücumların sayı artıb, saytın fəaliyyətində ciddi problemlər, bir neçə dəfə fasilələr yaranıb. Problem xəbərlərin sayta yerləşdirilməsində daha çox müşahidə olunur. 

Portalın məlumat bazası hər gün yaddaşa verildiyindən hələlik heç bir informasiya itkisi ilə üzləşilməyib. 


Saytın texniki heyəti bu problemlərin aradan qaldırılması ilə bağlı işlər həyata keçirir. Hücum edənlər saytın trafiki kilidləməklə girişə əngəllər törədirlər. Ona görə də bir çox ölkələrdən sayta giriş məhdudlaşdırılıb. 

Hələlik səbəbi tam bilinməsə də, hücumların dünyanın bir çox ölkələrindən təşkil olunduğu artıq müəyyənləşdirilib.