Abşeronda yeni avtomobil yolu tikilir

5 İyul 2012 13:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Abşeronda yeni yol tikilir.

Abşeron rayonunda sürətləndirilmiş templərlə yeni avtomobil yolunun tikintisi həyata keçirilir. Yeni tikilən Bilgəh-Novxanı-Sumqayıt yolunun ümumi uzunluğu 42 kilometrdir.

Qeyd edək ki, dördzolaqlı yolun üzərində 5 ədəd körpü və piyada keçidlərinin tikilməsi nəzərdə tutulur. Yolun tikintisinin nə vaxt başa çatacağı barədə məlumat yoxdur.

Türkan Nadirqızı

Movqe.Az