AİHM pərəncə qadağasını təsdiqlədi

1 İyul 2014 17:30 (UTC+04:00)

Fransada 11 oktyabr 2010-ci ildə qüvvəyə minən "cəmiyyətə açıq yerlərdə üzün bir çarşaf və ya örtü ilə saxlanmasını qadağan edən" qanun Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul olunub. 


Movqe.Az xəbər verir ki, Pakistan əsilli fransız tərəfindən "şəxsi azadlıqları məhdudlaşdırılaraq insan hüquqlarına zidd" olaraq xarakterizə edilən pərəncə qadağası, Avropa İnsan Hüquqları Məhkəməsi nəzarətinə verilmişdi. 


Strasburqda olan Avropa İnsan Haqları Məhkəməsi Fransada etibarlı olan bu qanunun "birlikdə yaşama obyektivinə uyğun olduğu və insan hüquqları müqaviləsinə zidd olmadığı" qərarını verib. 


Fransada bu qanun ilə pərəncə cəmiyyətə açıq sahələrdə qadağan edildi, qadağaya uymayanlara cərimə olunur.


Pərəncə— müsəlman ölkələrində, ələlxüsus Mərkəzi Asiya və Yaxın Şərqdə xalatı xatırladan və yalançı qolları olan, eləcə də üzü örtmək üçün torcuğu olan qadın üst geyimidir.