Deputatın qızı xaricdə təhsilini başa vurdu

1 İyul 2014 19:00 (UTC+04:00)
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev sosial şəbəkədəki hesabında öz sevincini paylaşıb. Movqe.az xəbər verir ki, millət vəkilinin qızı  Londonda Vestminster Universitetinin Hüquq fakültəsini bitirib: "Bu gün ailəmizin ən xoş günlərindəndir. Qızım Aytən Londonda Vestminster Universitetinin Hüquq fakültəsini bitirib diplom və hüquqşünas mantiyasını aldı. Aytən həm də mənim bildiyim qədər bu fakültəni bitirən ilk azərbaycanlıdır".