Balotelli eks sevgilisindən DNA testi istədi-Yenilənib
5 İyul 2012 14:02 (UTC+04:00)
Movqe.Az xəbər verir
ki, İtalya milli komandasının oyunçusu Mario Balotelli bir
müddət görüşdüyü model Raffaella Fico ilə aprel ayında ayrılıb.
Lakin Raffaella son günlərdə hamilə olduğu barədə mətbuata açıqlama
verib və söyləyib ki, uşağın atası Balotellidir. Mario Balotelli
isə söyləyib: " Mən belə məsələlərin ictimailəşdirilməsini
sevmirəm. Şəxsi işlərimin mətbuatda müzakirəsi xoşuma gəlmir. Həm
biz aprel ayında ayrılmışıq və ondan sonra Raffaella ilə
görüşməmişik. Mən bu mövzuda özümə inanıram və Rafaelladan
DNA testi istəmişəm".
--------------------------------------------------------------------------
İtalya milli komandasının oyunçusu Mario
Balotelli bir müddət görüşdüyü model Raffaella Ficonun hamiləlik
xəbərini bilsə də, o, öz kefindədir. Heç xəbərin doğru-olub
olmamasını maraqlanmayıb.dünən o, qızlarla əylənib.



