Putin Azərbaycana çağırış etdi

2 İyul 2014 11:13 (UTC+04:00)

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya səfirləri və daimi nümayəndələrinin müşavirəsində prezident Vladimir Putin deyib.

Ukraynadakı hadisələrdən danışan Kreml rəhbəri bu ölkədə hərbi əməliyyatların bərpa edilməsindən təəssüfləndiyini dilə gətirib. "Avropadakı həmkarlarım Ukraynanı inandıra bilmədi ki, etibarlı və uzunmüddətli sülh müharibə vasitəsilə mümkün deyil. Siyasi oyunlar üçün milyonlarla insan əziyyət çəkir. Ukraynada baş verənlər illərlə yığılmış neqativ tendensiyaların kulminasiyasıdır.  Biz bu barədə xəbərdarlıq edirdik. Təəssüf ki, proqnozlarımız gerçəkləşir", - Putin deyib.

Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqın qapılarının quruma daxil olmayan bütün MDB ölkələri üçün açıq olduğunu dilə gətirib.

Qeyd edək ki, Rusiyanın istəyinə baxmayaraq, Azərbaycan Avrasiya İttifaqına daxil olmaq niyyətini ifadə etməyib.