“Transatlantik” kəmərinin həyata keçirilməsində Azərbaycanın böyük səyləri var”

7 Aprel 2012 15:33 (UTC+04:00)

Avropanın təbii qazla təmin edilməsi layihələrinə, o cümlədən "Transatlantik" boru xətti layihəsinə Türkiyə dəstəyini verəcək. Bu məsələdə Azərbaycanın böyük səyləri var. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan albaniyalı həmkarı Sali Berişa ilə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyənin Albaniyaya öz payı hesabına da təbii qaz verməyə hazır olduğunu diqqətə çatdıran baş nazir deyib ki, Yunanıstandan sonra İtaliyaya "mavi yanacaq" verilməsi gündəmdədir. Türkiyə istəyir ki, bu mərhələdə Albaniyaya da paralel olaraq təbii qaz nəql edilsin. Ankara bunun üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək.