6 rayonun qazı kəsiləcək
2 İyul 2014 10:49 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında
məhdudiyyətlər olacaq. "Azəriqaz"
İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a daxil olan
məlumata görə, qaz nəqli sistemində qaz tənzimləyici və qızdırıcı
qurğuların quraşdırılması, qaz kəmərinin təhlükəsiz əraziyə
köçürülməsi, qaz kəmərlərinin kipliyə yoxlanılması, istismara
yararsız xətlərin ləğv olunması, mövcud qaz kəmərinin mənbəyə
birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 13:00-dək
Nərimanov, saat 18:00-dək Qobustan, Xətai və Sabunçu, saat
11:00-dan 14:00-dək Yasamal, işlər başa çatanadək isə Xəzər
rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr
yaranacaq.