Bakının əsas yollarından biri bağlandı - Sürücülərə xəbərdarlıq

2 İyul 2014 11:52 (UTC+04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. Movqe.az NİİM-ə istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar olaraq 4-cü mikrorayon dairəsinə 20 Yanvar və Cavadxan küçələrindən giriş bağlıdır. Sürücülərə alternativ olaraq Mir Cəlal və Hüseyn Seyidzadə küçələrindən istifadə etmələri tövsiyə olunur.