Bakıda bomba HƏYƏCANI

2 İyul 2014 11:57 (UTC+04:00)

Kafelərdən birində partlayıcı qurğu olması barədə FHN-ə məlumat daxil olub 


Bakının Nizami rayonunda kafelərdən birində partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Nazirliyin saytında verilən məlumata görə, FHN-nin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.

 

Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.