Məşhur bacılar polkovnik analarını belə təbrik etdi

2 İyul 2014 12:35 (UTC+04:00)

Bu gün Azərbaycan şou-biznesində yetərincə tanınan iki tanınmış sima -  Mehin və Günel Hümbətova bacıları analarını təbrik ediblər. Mövqe.az xəbər verir ki, hər iki xanım polis analarını bugünkü gün münasibətilə təbrik edib. Mehin Hümbətova təbrikində belə qeyd edib: "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının bugün peşə bayramıdır. Başda bölmə rəisi anam olmaqla bütün polis əməkdaşlarını və polis dostlarımı ürəkdən təbrik edirəm!!! Allah sizi qorusun!".


Günel Hümbətova isə təbrikində belə qeyd edib: "Bu gün polis işçilərinin peşə bayramıdır. Polis ailəsində doğulmuşam. Atam polis vəzifəsində çalışmış və Qarabağ uğrunda olan döyüşlərdə şəhid olmuş, Hümbətov Mehəddin Mədət oğlu ruhun şad olsun. Anam canım, gözüm, nəfəsim 1994-cü ildən etibarən polis əməkdaşı polkovnik, leytenant Xatirə xanım səni və sizin timsalınızda bütün polis əməkdaşlarını təbrik edirəm. Nə yaxşı ki, sizin qızınızam".


Xatırladaq ki, Prezident Heydər Əliyevin 24 may 1998-ci il tarixli "Azərbaycan Polisi gününün təsis edilməsi haqqında" fərmanına əsasən iyulun 2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.