iPhone 6-ya aid yeni görüntülər-FOTOLAR

2 İyul 2014 12:11 (UTC+04:00)

Movqe.az xəbər verir ki, iPhone 6-ın qövslü ekranını iPhone 5S-lə müqayisə edən bu görüntü, insanları çaşdırıb. "Yeni iPhone yoxsa bu fotoşəkildəki kimidir?" sualı yaranıb.

9to5Mac-in yayımladığı görüntüdə iPhone 6-ya aid olduğu iddia edilən bir ekran komponenti, iPhone 5S-in ekranı ilə müqayisə edilir. Yeni telefonun yumru künclərinin, onu əvvəlki modellərə görə daha rahat bir hala gətirəcəyi düşünülür. Ön tərəfdə isə hər hansı bir dəyişiklik görünmür. Kamera, qulaq komponent, sensor kimi elementlərin hamısı eynidir. Lakin Apple-ın ekran ölçüsünü böyüdərkən, ön kameranın dəqiqliyini artırması da ehtimal olunur.