Galaxy S5 Samsungu kədərləndirdi

2 İyul 2014 13:38 (UTC+04:00)

Samsung, Galaxy S5 satışlarının gözləniləndən yavaş irəlilədiyini açıqlayıb. 


Movqe.Az xəbər verir ki, Cənubi Koreyalı elektronika nəhəngi Samsung, sərmayəçiləri üçün yeni bir hesabat yayımlayıb. İkinci rübün sonundakı maliyyə vəziyyəti haqqında məlumat verən Samsung,  satışlarının gözlənilildiyi qədər yaxşı getmədiyini bildirib.


Samsung keçən il satılan hər üç ağıllı telefondan birinin istehsalçısı olaraq böyük bir müvəffəqiyyətə imza atmışdı.