Səbinə Cavidə: "Dinə bağlı insanam, mənə belə hərəkətlər edilməməliydi" - YENİLƏNDİ

2 İyul 2014 12:41 (UTC+04:00)

Aparıcı Cavid Gül və model Səbinə Allahverdiyeva arasından yenə qara pişik keçib. Mövqe.az xəbər verir ki, cütlük bu dəfə daha ciddi şəkildə ayrılıblar. Hətta Səbinə Allahverdiyeva sosial şəbəkədə Cavid Gülə bəd-dua da edib: "Allah səni bildiyi kimi etsin bu həyatda. Heç vaxt xoşbəxtlik nədi bilməyəsən. Etdiyin ibadət sənə haram olsun. Qıldığın namaz, tutduğun oruc qəbul olmayacaq ay bədbəxt".


Məsələ ilə bağlı Mövqe.az-ın əməkdaşı aparıcı Cavid Güllə əlaqə saxlayıb. Səbinə xanımın statusunu Cavid Gül özünə aid etmədi. Bundan başqa aparıcı Səbinə xanımla birlikdə olmaması xəbərini də təkzib etmədi: "Mən qəti şəkildə bu barədə açıqlama vermək istəmirəm. İstəmirəm şəxsi həyatımla gündəmə gəlim. Onun haqqında heç nə demək istəmirəm. Heç onun statusunu da görməmişəm. O xanımla bağlı heç nə demirəm. Mənə heç maraqlı da deyil".


Xatırladaq ki, aparıcı uzun illərdir ki, ibadətlə məşğul olur.


***

Mövqe.az-ın Cavid və Səbinə cütlüyü ilə bağlı verdiyi xəbər təsdiqini tapdı. Model axşam.az saytına xəbəri təsdiqləyib: ""Amma etiraf edim ki, Cavidlə bir neçə gündür ayrılmışıq. Mənə qarşı düzgün olmayan hərəkətlər etdi. Mən də ayrıldım. Bu haqda ilk və son dəfə danışıram. Mənim üçün bu məsələ bağlandı.  Dinə bağlı insanam, mənə belə hərəkətlər edilməməliydi. Sosial şəbəkədəki statusuma gəldikdə isə, kim necə istəyir, o cür də qəbul etsin"".