Sarkoziyə 10 il həbs cəzası verilə bilər!

2 İyul 2014 14:00 (UTC+04:00)

Fransada məhkəmə, nüfuzunu sui-istifadə etmək iddiasıyla dünən nəzarətə alınan keçmiş prezident  Sarkozi haqqında rəsmi istintaq açılmasına qərar verib. 


Movqe.Az xəbər verir ki, Fransada nüfuzunu sui-istifadə etmə və istintaqın gizliliyini pozma ittihamı ilə dünən səhər saatlarında nəzarətə alındıqdan sonra, bu səhər hakim qarşısına çıxan keçmiş respublika başçısı Nikolas Sarkozinin "sui-istifadə" və "nüfuzunu sui-istifadə etmə" təqsirindən mühakimə olunmasına qərar verilib. 


Paris yaxınlarındakı Nanterredə ifadə verən Sarkozi, Fransa tarixində nəzarətə alınan ilk keçmiş respublika başçısı olub. 

Sarkozinin vəkili Thierry Herzog haqqında da rəsmi istintaq başladılması qərarı çıxıb. 

Herzog da ötən gün sorğulanmışdı. 


Bazar ertəsi həmçinin, Prokurorlar Azibert və Patrick Sassoust da nəzarətə alınmışdı.