Beyons yenə birincidir!

2 İyul 2014 15:18 (UTC+04:00)

Məşhur pop müğənnisi Beyons , Forbes jurnalının hər il etdiyi ən təsirli məşhurlar siyahısında ilk sıranı alıb. Movqe.Az xəbər verir ki, Pop musiqinin əhəmiyyətli adlarından Beyons  yeni albomu və bu günə qədərki müvəffəqiyyətləriylə siyahıda birinci yerdə qərarlaşıb.Həmçinin Beyons konsert başına qazandığı 2.4 milyon dollar ilə bir ildə 115 milyon dollar gəlir əldə edib. Digər tərəfdən Beyons ABŞ prezidenti Barak Obamanın ailə mərasimləri və rəsmi mərasimlərində də səhnə almışdı. Beyons Obamanın 21 yanvar 2013-cüi ildə andiçmə mərasimində də çıxış etmiş və ABŞ Milli Marşını söyləmişdi. 


Siyahının ikinci adı Lebron James olub.